Rəqqasə Renka və Aygün arasındakı mübahisə yenidən alovlanıb.
Median.Az-ın lent.az-a istinadən məlumatına görə, rəqqasə Elgiz Əkbərin “Səhər-Səhər” verilişində həmkarı Aygünün onun haqqında "məndən bir manat pul istəyirdi, acından ölürdü" sözlərinə sərt şəkildə cavab verib.
O, rəqqasə Aygün haqqında bu sözləri deyib:
“Mən heç vaxt o xanımdan pul istəməmişəm. Onun psixi problemləri var. Harada oturur məndən danışır. Keçmişini yaxşı bilirəm, ağzımı açsam onun üçün pis olar. O xanımı məhkəməyə verəcəm”.