Tünzalə Minskdə Avropa Oyunları öncəsi mahnı oxudu - FOTO/VİDEO
Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunları öncəsi “Azərbaycan Günü” keçirilib.
Oxu.az-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Milli Olimpiya Komitəsinin sədri Çingiz Hüseynzadə tədbirdə çıxış edib.
Sonra II Avropa Oyunlarının azərbaycanlı səfiri, Əməkdar artist Tünzalə Ağayeva bir neçə mahnı ifa edərək, belaruslu sakinlərə əyləncə dolu anlar yaşadıb.
Həmçinin tədbir iştirakçıları milli şirniyyatlar - paxlava, şəkərbura və Azərbaycan şirəsinin dadına baxmaq imkanı əldə ediblər.
Qeyd edək ki, bu gün Minskdə “İsrail Günü” də qeyd olunacaq.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!