Tanınmış aparıcı Mətanət Əliverdiyevanın başına xoşagəlməz iş gəlib.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, M.Əliverdiyevanın adından “İnstagram”da saxta profil yaradılıb və insanların ünvanına təhqirlər yazılıb. Aparıcı bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyi haqqında “İnstagram” vasitəsilə videomesaj yayımlayıb:
“Bəzən valideynlər uşaqlarına nəzarət etmirlər. Onlar uşaqların sosial şəbəkədə nə etdiyinin fərqinə varmırlar. Dostlarımdan biri zəng etdi ki, mənim adımdan fan-səhifə yaradılıb. Başqa paylaşımlara xoşagəlməz rəylər yazırlar.
Heç kimə rəy bildirmirəm, Mətanət xoşniyyətlidir. Valideynlər, baxın uşaqlarınız nə ilə məşğuldur. Diqqətli olun, o, mən deyiləm. Bununla bağlı polisə müraciət edəcəyəm”.