Amerikalı kino və televiziya aktyoru Cim MakMullan 83 yaşında vəfat edib.
Bu barədə “Hollywood Reporter” aktyorun həyat yoldaşına istinadən məlumat yayıb.
Ölüm səbəbi yan amiotrofik sklerozu (beyinin motor neyronlarının xəstəliyi - red.) göstərilir.
Qeyd edək ki, aktyor 1992-ci ildə “Santa Barbara” serialında oynadığı rolu ilə tanınır.
Bundan başqa, “Malibu xilasediciləri”, “Komanda A”, “Dalla”, “Məxfi Agent Makhayver” kimi seriallarda və “Ostin Pauers: Beynəlxalq səviyyəli sirli adam” və “Sürətli eniş” kimi filmlərdə müxtəlif obrazları canlandırıb.