“Rammstein” qrupunun lideri Till Lindemann pərəstişkarının çənəsini sındırıb.
“Bild” xəbər verir ki, hadisə Münhen şəhərində yerləşən hotellərin birində qeydə alınıb.
Lindemann dostu və rəfiqəsi ilə buradakı barda əylənib. Bu zaman 54-yaşlı pərəstişkarı ona yaxınlaşıb və şəkil çəkdirmək istəyib.
Rədd cavabı alan pərəstişkar əvəzində müğənninin rəfiqəsini təhqir etməyə başlayıb.
Yaranmış mübahisə zamanı “Rammstein”in solisti pərəstişkarını vurub və onun çənəsini sındırıb.