Təxminən bir aydan sonra İsrailin paytaxtı Təl-Əviv şəhərində baş tutacaq “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsində Ukraynanın iştirakçısı da çıxış edəcək.
Sözügedən yarışmada iştirakçı qismində yox, xüsusi qonaq kimi öz ölkəsində məşhurlaşan müğənni və parodiya ustası Andrey Danilko (Verka Serdyuçka) olacaq.
12 il bundan öncə “Avroviziya” səhnəsində çıxış edən A.Danilko ötən il müsabiqənin qalibi olan Net Barzilayın “Toy” mahnısını səsləndirəcək.
Qeyd edək ki, Ukrayna milli seçim turunda izləyicilərdən maksimum bal toplayıb, qalib gələn MARUV Rusiyaya qastrol səfərləri səbəbindən təzyiqlərə məruz qaldığını, “Avroviziya-2019”dan imtina etdiyini bildirib.
MARUV ictimai televiziya ilə müqavilə imzalamaqdan boyun qaçırıb. Onunla yanaşı, digər ifaçılar da müsabiqəyə getməkdən imtina ediblər. Nəticədə, Ukrayna beynəlxalq müsabiqədə iştirakını dayandırıb.