Məşhur prodüser Tarix Əliyevin 500 mindən artıq izləyicisi olan İnstaqram səhifəsi bağlanıb.
Median.Az "Ölkə.Az"a istinadən xəbər verir ki, səhifəsindən çox sayda şikayət olunduğuna görə İnstagram onu bloklayıb.
O, artıq bu problemi həll etmək üçün rəsmi məktubla İnstaqrama müraciət ünvanlayıb.
Qeyd edək ki, prodüsser Tarix Əliyev "Tolik" ləqəbi ilə tanınır.