Son günlər qalmaqallarla gündəmə gələn müğənni Aysel Əlizadə iddialara cavab verib.
O, Oxu.Az-a müsahibəsində Türkiyə şou-biznesinə qatıldığını və orada ona tələbat olduğunu deyib:
“Mənim üçün belə bir şərait yarandı və mən Türkiyə şou-biznesinə qatıldım. Həm klip, həm də sinql üzərində çalışıram. Bir illik müqaviləmin vaxtı bitdi. İndi daha bir neçə müddətlik müqavilə imzalamışam. Demək olar ki, Türkiyə ilə iki illik müqaviləm var. Orada da məni gözü götürməyənlər çox olacaq. Amma bütün bunlara rəğmən orada insanların özümə qarşı sevgisini hiss edirəm. 10 ildir Bakıda fəaliyyət göstərirəm. Lakin Türkiyədə əldə etdiyim sevgi və uğur buradan artıqdır”.
Aysel Türkiyədəki layihəsi ilə bağlı sponsor iddialarına da cavab verib:
“Deyirlər ki, bəzən mənə kimsə bu işlərimdə köməklik göstərir, yalandır. Ağ yalandır. Mənə heç kim yardım edə bilməz. Hətta orada şirkətlə işləsəm belə, şirkət də kömək edə bilməz. Mahnının reklamı üçün bir manat da olsun pul xərcləməmişəm”.
Dəbdəbəli libasları ilə tez-tez gündəmə gələn Əlizadə, bahalı qarderob məsələsinə də toxunub:
“Hər bir xanım kimi mən də geyinib-kecinməyi sevirəm. Qıraqdan baxıb deyirlər ki, bunun nəyinə pul vermisən, amma libas mənim ürəyimə yatırsa, mən onu alıb xoşbəxt oluram. Ucuz da, bahalı da geyinirəm. Yetər ki, bir şeyi sevim”.