Müğənni Gülay Zeynallı tədbirində birində kameramıza tuş gəlib.
Median.Az xəbər verir ki, axşam.az-a danışan ifaçı son günlər təqdim etdiyi "Böyük eşq" klipi ilə bağlı yayılan söz-söhbətə aydınlıq gətirib.
O, obrazının Beyonsa bənzəməsindən xəbərsiz olduğunu bildirib:
"Ümumiyyətlə, geyimimdən, makiyajdan xəbərim yox idi. Hamısı Elnur Həsənovun istəkləri idi. Hər bir işdə oxşarlıq olur, plagiat kimi qələmə verilir. Stilistin fikirləri idi, mən də əməl etdim. Beyonsa oxşamağa qalsa, şərq xanımlarımız ondan öncə elə geyimlərdə olub".