Azərbaycanı Avroviziya- 2019 mahnı müsabiqəsində təmsil edəcək müğənni Çingiz Mustafayev İsrailə gedib.
Median.Az xəbər verir ki, sənətçinin Təl-Əvivdə olma səbəbi postkart çəkilişləri ilə bağlıdır.
İfaçı instaqramda fotolar paylaşaraq hamını ivrit dilində salamlayıb: "Shalom! Axır ki, ilk dəfə Tel-Əvivdəyəm. Xəyal etməyə cəsarət edin! İctimati TV üçün, mənim Avroviziya əhvalatım və epizodum burada çəkiləcək".//milli.az