Əgər mənim günahkar olduğumu deyirlərsə, eybi yox, qoy, mən günahkar olum. Mənim günahım yoxdur. Günahı olanları Allaha tapşırırıam və hər şeyi zamana buraxıram! Amma böyük sənətkar Yaşar Nuri sağ olsaydı, mənim başıma bu oyunu açmazdılar.
Median.Az-ın milli.az-a istinadən məlumatına görə, bu sözləri news24.az-a açıqlamasında "Space" Televiziyasında "Hər səhər" verilişində baş vermiş xoşagəlməz məlum hadisənin "qəhrəmanı" müğənni Rüfət Axundov deyib.
"Rəşada heç bir iradım yoxdur, qüsuru gərək insan özü özündə tapsın", - deyən R.Axundov bu məsələdə özünü günahkar bilir:
"Hər kəs özü səhvini başa düşməli və cavabdeh olmalıdır. Günahsız olduğumu görən insanların münasibəti, fikri mənə yetərlidir. Kor-kor, gör-gör, qoy, dəfələrlə o videoya baxsınlar və kimin günahkar olduğunu düzgün şəkildə ortaya çıxarsınlar".
Vurğulayaq ki, Rüfət Axundov işdən çıxarılması və bütün televizyalarda qadağa qoyulması xəbərini də təsdiqləyib.