Əməkdar artist Aybəniz Haşımova Xalq artisti Mələkxanım Əyyubovanın adının 3 qızın qalmaqallı videosu ilə bağlı yayılan xəbərlərdə hallanmasından danışıb.
Aybəniz Haşımova bu barədə Instagram hesabında yazıb. Əməkdar artist bildirib ki, Mələkxanım Əyyubovanı heç kim rüsvay edə bilməz:
"Əziz bacım demisən ki, rüsvay oldun... Səni heç kim rüsvay edə bilməz! Sən heç kimə cavabdehlik daşımırsan bacım. Saytlardan xahiş edirəm sənin adını bu iyrənc məsələdə hallandırmasınlar. Sən incəsənətimizin qeyrətli Xanım Sənətkarısan! Sən yaxşı bilirsən ki, səni xalqımız necə sevir?!"
Xatırladaq ki, Mələkxanım Əyyubova məlum hadisə ilə bağlı açıqlama verib. Xalq artisti qardaş və bacılarından deyil, amma onların övladlarından imtina etdiyini açıqlayıb.
//Baku.ws