Anar Nağılbazın atası gəlininə əsəbiləşdi: “Özünü yığışdır” - VİDEO
ARB TV-nin "Show News” verilişinin növbəti müsahibi mərhum reper Anar Nağılbazın atası Rizvan Cəbiyev olub.
Rizvan Cəbiyev, gəlininin "Anar Nağılbazın qəbrini su basıb” deyə yaydığı dezinformasiya xəbərlərini təkziba edərək məsələyə aydınlıq gətirib:
"Anara daş atanlar və sağ vaxtında incidənlər çox olub. Onların hamısına dözüb və bu gün də ruhu dözəcək. Təəssüf edirəm ki, onun keçmiş həyat yoldaşı, "Anarın qəbrini su basıb, ora getmək mümkün deyil” deyə açıqlamalar verib. Təmir o mənada oldu ki, həqiqətən yağan yağışlara görə rənglər getmişdi. Bu bütün qəbirlərdə, hətta evlərdə də belədir ki, əgər ona qatılaşdırılmış maddə qatmasan, o qopa bilər.
Burada da var idi və mən ona görə onları düzəltdirdim. Oranı qurunt suları basıb deyərək qəbirstanlıq əhlinə hörmətsizlik edirlər. Mənim 2 dənə gül kimi nəvəm var, uşaqları vasitə edirlər. Mən onun əleyhinəyəm və pis də olsa, yaxşı da olsa o uşaqların anasıdır. Uşaq atadan yox, anadan yetim qalır. Ona görə də mən Anjelikaya çox baş qoşmuram. Təqaüdçü adamam, nə imkanım varsa o uşaqlar üçün edirəm”.
Mərhum reperin atası daha sonra gəlininə böyük məsləhət də verib:
"Anjelikaya məsləhət görərdim ki, biraz özünü yığışdırsın. Vaxtı ilə çox əziyyət verib. İstəmirəm yenidən açam bu məsələləri. Heç olmasa onun ruhunu incitməsin. Məsləhət görərdim ki, Anarın ruhuna hörmət etsin”.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!