“O hadisə uşaqlığımızın son gecəsi idi” - Tahir İmanovu “aldatdılar” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Həbsdə olan generalın müraciəti geri qaytarıldı  |     22:46 İsrail HƏMAS-a bir həftə vaxt verdi  |     22:35 Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”  |     22:25 Boris Conson özünün gətirdiyi qadağaya görə səs verə bilmədi  |     21:59 Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır  |     21:50 Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar  |     21:45 Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslər nə etməlidirlər?  |     21:39 Məmurun təzyiqinin qalxmasına səbəb olan şəxs həbs edildi  |     21:26 Gürcüstan Prezidenti ofşor şirkətlərlə bağlı vergi güzəştlərini nəzərdə tutan qanuna veto qoyub  |     21:05 Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub  |     20:48 Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib  |     20:40 Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb  |     20:35 Filippin sahillərində 5,9 maqnitudada zəlzələ baş verib  |     20:29 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək  |     20:20 Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edib  |     20:14 Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz  |     20:06 Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb  |     19:55 Türkiyə parlamenti idxal edilən qazın LNG formasında satışını dəstəkləyib  |     19:47 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək güclənib  |     19:33 “Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq  |    

“O hadisə uşaqlığımızın son gecəsi idi” - Tahir İmanovu “aldatdılar” - VİDEO

ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı əməkdar artistlər Tahir və Cabir İmanov qardaşları olub.

Median.Az
xəbər verir ki, Tahir İmanov 1 apreldə başına gələn maraqlı əhvalatdan danışıb:

"Ən məşhur 1 aprel zarafatı 1995-ci ilə təsadüf edir. O vaxt biz Heydər Əliyev sarayında aprelin 1-i komandayla çıxış etməli idik. Danışdıq ki, 1 aprel günü saat 2-də əsas məşqi keçirək. Ondan sonra 1, 2 saat istirahət edək və axşam saat 7-də də konsertimizə çıxaq. Bəhram 31-i gün mənə zəng edib dedi ki, vaxt dəyişib, sən saat 10-da gəl. Mən də dəqiq, punktual adam kimi 10-nun yarsı orda oldum. Gəlmişəm sarayın arxa qapısına və heç kim yoxdur. Təkcə mühafizə xidmətinən olan bir nəfərdir. Məni görüb təccübəndi ki, qardaş nə olub, nə xəbərdir? Deyirəm ki, məşqə gəlmişəm. Deyir ki, axı heç kim yoxdur. Birazdan gələrlər dedim və 3 saat yarım mən bunları gözləmişəm. Sonra gördük ki, Bəhram gülə-gülə gəldi".

Əməkdar artist gülüş günü özlərinin xalq artisti Bilal Əliyevə etdiyi zarafatdan da söhbət açıb:

"Anar Məmmədxanov xalq artistinin sənətini çox sevirdi, ona böyük dəyər verirdi. Biz birlikdə Amerikaya getmişik. Hətta Bilal Əliyev Nyu-York-da "Planet Parni iz Baku"nun konsertində də iştirak edib. Çox yaxın ünsiyətimiz var idi, o qədər yaxın idik ki, zaraftlaşa da bilirdik. Dedim sabah, yəni aprelin 1-i Anarın çox vacib qonaqları olacaq. Sən ora bir surprizlə əlində qaval, başında papaq və bir dəstə gülnən, içəri girəndə təsnifdən və ya müğamdan oxuya-oxuya gəl. Bir də gördüm ki, Anar zəng edir ki, neynəmisiz?.. İndi belə zarafatlar etmirik. Demək olar ki, uşaqlığımızın son gecəsi idi".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 223 01.04.19 21:08