Müğənni Damla hicab geyinib.
Median.Az news24.az-a istinadən xəbər verir ki, ifaçının hicaba bürünməsinə səbəb baş tutacaq konsertlə bağlıdır. Bu barədə ifaçının prodüseri Şamil məlumat verib:
"Damla xanımın hicabda olan görüntüləri İran konsertinə hazırlıqları zaman çəkilib. Sözügedən kadrları İrana göndərdikdən sonra konsertin dəqiq tarixi açıqlanacaq. Qarşıda başqa ölkələrdə də konsertlərimiz planlaşdırılıb".