Prodüser Tarix Əliyev (Tolik) xalq artisti Flora Kərimova ilə müğənni müğənni Afət Fərmanqızı qalmaqalından danışıb.
Tolik "Hər şey daxil" verilişində F.Kərimovanı müdafiə edənləri qınayıb:
"İlhamənin vaxtında Floraya kraliça deyə bilməyənlər, indi onu kraliça ediblər. Afəti izləməyin, gedin Flora Kərimovanı izləyin, edin İnstaqramında 1 milyon izləyici.
İllərlə efirə çıxmadı, amma xalq onun mahnılarını dinlədi. Ona görə də bu gün elə çıxışlar etmək lazım deyil.
3 aydır Flora xanımla Afət arasında dava gedir. Heç kim onu dəstəkləmirdi. Brilliant Dadaşova çıxıb Flora Kərimovanı dəstəkləyəndən sonra hamı başladı paylaşım etməyə. Ondan əvvəl edərdiniz bunu".
///axşam.az