Xəbər verdiyimiz kimi əməkdar artist Emma Ələkbərzadə Bayılda yerləşən “Riviera” restoranında salatdan zəhərlənib.
E.Ələkbərzadə səhhətində yaranan ciddi problemlə bağlı oxu.az-a danışıb.
“Saat 16:30-da “Riviera” restoranına gəldim. Məni həmin restoranda hamı tanıyır. Salat sifariş etdim qızardılmış salmon balığı ilə. Heç ağlıma da gəlməzdi ki, bu məkanda yediyim yeməkdən bu hala düşə bilərəm. Mən kök olduğum illərdə “Riviera” çox balaca bir məkan idi. Bir dəfə də həmin restoranda yediyim tuna balığından hazırlanmış salatdan zəhərlənmişdim.
Düşündüm ki, nə qədər vaxt və zaman keçib, bu restroranın da vəziyyəti dəyişib daha yaxşı olar. Heç restoranın sahibinin belə xəbəri yoxdur ki, orada tez-tez zəhərlənmə hadisələri baş verir. Amma sən saydığını say, gör fələk nə sayır.
Mən bu məsələ ilə bağlı restorana hələ də şikayət edə bilməmişəm. Səbəb isə oğlum Davidin tətildə olması ilə əlaqədərdir. Mən onu tək qoyub gedib restoranla bu məsələni həll edə bilmərəm.
Dünən vəziyyətim ağır idi. Çox gərgin idim. Ürək bulanma və qusmaların sayını belə itirmişəm. Bu gün bir az özümə gəlsəm də, səhhətim tam normaya düşməyib. Dünən təcili tibbi yardıma zəng vurmaq istəyirdim, lakin sonra fikrimdən daşındım. Çünki oğlum həkimlərdən qorxur, onları görən kimi başlayır ağlamağa. Amma öz şəxsi həkimimlə məsləhətləşib, onun verdiyi tövsiyələrə əməl edirəm”.
* * * * *
Tanınmış müğənni Emma Ələkbərzadə paytaxt restoranlarının birində zəhərlənib.
Sənətçi bu barədə öz Facebook səhifəsində yazıb.
“Bayılda “Riviera” restoranında salat və qızardılmış balıq sifariş verdim və, nəticədə, zəhərləndim. Bir neçə il əvvəl elə orada salatdan zəhərlənmişdim. Hesab edirdim ki, bu illər ərzində nə isə dəyişib... Amma yox. Baxmayaraq ki, onlar məni yaxşı tanıyırlar”.
Müğənni bayram tətilindən sonra məsələni aydınlaşdıracağını deyib.