Xalq artisti Nazpəri Dostəliyeva "Zaurla Günaydın" verilişinin qonağı olub.
Median.Az axşam.az-a istinadən bildirir ki, müğənni son günlər səhhətində problem yarandığını söyləyib. Dostəliyeva bildirib ki, virus qapıb:
"Sənətkarın xəstələnməyə ixtiyarı yoxdur. Nəvələrimin, uşaqların yükü çiynimdədir. Kərim nəvəm xəstələnmişdi, dedim ki, sənə gələn mənə gəlsin. Səhər o sağalıb, bağçaya getdi, mən də xəstələndim.
Nə dərman lazımdır hamısını etmişəm. 50 ildə birinci dəfədir ki, mən xəstələnirəm. Heç vaxt qrip olmamışam".