Məşhur aparıcı yeniyetməlik sevgilisinə illər sonra ƏRƏ GETDİ: “Həyat yoldaşımı qıcıqlandırsa da...” - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 10 qəpikdən domino oynadılar - 3 min manat cərimələndilər  |     22:26 Bu ölkə Netanyahunu həbs etməyəcək  |     22:24 Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?  |     22:13 "Roşka" ləqəbli Tiktoker saxlanılıb  |     21:48 Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU - Hadisə yerindən GÖRÜNTÜLƏR (FOTO)  |     21:43 "Şlyapa Zahid" məhkəmədə bankın xəzinədarları ilə üz-üzə gəldi  |     21:25 Tokayev və Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib  |     21:04 Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi  |     20:49 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri göndərildi  |     20:28 İdmançılarımız Özbəkistanda 3 qızıl medal qazanıblar  |     20:15 Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb  |     19:55 Şarl Mişel noyabrın 29-da tutduğu postu Antonio Kostaya təhvil verəcək  |     19:42 Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub  |     19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |     18:51 Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"  |     18:47 "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı  |     18:40 Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi  |     18:31 Əfqanıstanda qadınlar üçün qəhvəxanalar qapadılıb  |     18:22 Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə  |    

Məşhur aparıcı yeniyetməlik sevgilisinə illər sonra ƏRƏ GETDİ: “Həyat yoldaşımı qıcıqlandırsa da...” - FOTO

Yeniyetməlik və gənclik məhəbbəti ilə illər sonra ailə quran aparıcı Kamilə Babayeva həyat yoldaşı ilə münasibətlərindən danışıb.

Publika.az-a müsahibə verən televiziya ulduzu etiraf edib ki, həyat yoldaşı onda ən çox yumor hissini yüksək qiymətləndirir.

- Adətən uşaqlıqda travma alan insanlar həyata pozitiv gözlərlə baxa bilmir. Valideynlərinizin ayrılığını, atanızın vaxtsız və faciəli ölümünü nəzərə alsaq, sizin də xoşbəxt uşaqlıq yaşadığınızı demək olmaz. Bununla belə istər efirdə, istərsə də ətrafınızda olan insanlara sizdən böyük bir enerji seli axır. Bəlkə hər zaman belə şən görünməyinizin sirrinizi bizimlə də paylaşasınız.

- Məncə, bu, genetikdir. İkincisi, yalan deməyəcəm bu energetikanı xoşsimalı insanlardan alıram. Hər hansı məclisə gedəndə hamı ilə salamlaşıb hal-əhval tutursan. Nəticə etibarı ilə onların xoş ovqatı təsirsiz ötüşmür. Kimsə gülümsəyərək sənə salam verirsə, bundan necə müsbət enerji almamaq olar. Özümə qarşı bir aqressiya və ya naxoş münasibət görməmişəm. Belə münasibət görsəm, yəqin ki, mənim də kefim pozular, kompleksə düşərəm, tısbağa kimi qınıma çəkilib kənarda dayanmaq istəyərəm. Dolayısı ilə nikbinlik həm genetikadan, həm də ətraf mühitin sənə münasibətindən asılıdır. Digər insanların emosiyasından aldığım bir gücdür ki, məni belə pozitiv edir.

- Sizcə, sevilmək şans məsələsidir, ya özünü sevdirmək bir istedad tələb edir?

- Mütləq ki, onun içində bir istedad olmalıdır. “Hamı məni sevir” deməklə iş bitmir, artıq özün-özünü sevməyə başlamısansa və ətrafda baş verən hadisələri görmürsənsə, sənə olan sevgi azalmağa başlayacaq və tədricən yox olacaq. Kainatda hər şey bir-biri ilə qarşılıqlı təsir içindədir, əgər sevgi ötürməsən, səni də sevməyəcəklər. Eyni ilə səma ilə torpağın bir-birinə qarşı münasibəti kimi. Göylər ağlamasa, torpaq bar verə bilməz.

İstənilən münasibətlərdə öz dərəcəni bilməlisən. Elə an olur ki, dərəcəni bir qədər azaltmalı olursan, bəzən isə çoxaltmaq lazım gəlir. Bunu özün tənzimləməyə çalışmalısan. Sözsüz ki, insandan zəhmət tələb olunur, çünki başqa cür mümkün deyil.

- Həyat yoldaşınıza özünüzü hansı keyfiyyətlərinizlə sevdirə bilmisiniz?

- Bu barədə heç vaxt danışmamışıq deyə suala konkret cavab verə bilməyəcəm. Həqiqətən də bizim aramızda belə söhbət olmayıb. Fərziyyələrimə qalarsa, yəqin ki, yumor hissimi yüksək qiymətləndirir. Zarafatcıl olmağım və məndəki həyat eşqi hərdən onu qıcıqlandırsa da, əsas amillərdən biri budur. Heç nəyin dərininə gedən biri deyiləm. Hər hansı problemi uzatmağı sevmirəm, ona haqq qazandırmaq üçün mütləq bir səbəb tapıram. Sözsüz ki, bu səbəb əsaslandırılmış bir arqument olmalıdır, balansı qoruyuram.

Kimisə bəyənməyə bilərik, amma unutmaq olmaz ki, onun yaxşı xüsusiyyətləri də var. Yaxşı ilə pisi tərəziyə qoymaq lazımdır. Əgər müsbət keyfiyyətlər mənfini üstələyirsə, o pisləri unuduram.

- Demək ki, münasibətlərin möhkəm olmasında güzəşt amili mühüm rol oynayır.

- Məncə, hə. Ailə daxilində hegemonluğu qadına yaraşdırmışam. Hegemonluqla nazlı-qəmzəli, ədalı, öz yerini bilən qadın arasında geniş fərq var. Hegemon qadın deyiləm və düşünürəm ki, bu xüsusiyyət hansısa münasibətlərdə yaxşı bir nəticə də verə bilməz.

- Həyat yoldaşınızla yeniyetməlik illərindən tanışsınız. İnstaqramda paylaşdığınız köhnə şəkilləriniz böyük maraq doğurmuşdu. Münasibətlərinizi gec rəsmiləşdirməyinizin səbəbi nə idi?

- Bəli, biz uzun illərdir bir-birimizi tanıyırıq. Burada deyiblər ki, vaxtında evlənsəydin, indi özün boyda övladların olardı (gülümsəyir). Buna baxmayaraq Allahımdan çox razıyam. Bu suala da bir sözlə cavab verəcəyəm, qismət... Hər hadisənin bir zamanı, bir tarixi və bir anlamı var. Demək ki, bizim də qismətimiz belə olmalı idi.

- Bir çox məşhur övladı dünyaya gələn kimi onun adına sosial şəbəkədə hesab açaraq bu yolla pul qazanır. Məşhur övladı olduğu üçün belə səhifələr bəlli bir izləyici toplaya bilir və sonra reklamlardan pul qazanır. Siz isə uzun müddətdir ki, qızınızı mediadan gizlətməyə çalışırsınız, üzünü hələ də göstərmirsiniz.

- Bu istiqamətdə baş verən hadisələrə təbii ki, öz münasibətim var. Qızımı əsla ərköyün yetişdirmirəm. Tanışlarım düşünürdü ki, bir övladım var deyə onu ərköyün böyüdəcəyəm. Sözsüz ki, bəzi məqamlarda uşaq ərköyünlüyü olur, bu da normaldır. Ümumilikdə, nizam-intizam çərçivəsində böyüyən bir uşaqdır, deyilən sözləri və qadağaları anlayır.

Balamın sosial şəbəkədə heç bir səhifəsi yoxdur, istəyirəm ki, uşaqlığını və özünə aid olan həyatı yaşasın. Əgər onun taleyində böyük paraları qazanmaq varsa, gələcəkdə zatən qazanacaq. Niyə onu indidən nəyəsə məcbur edim, qızımı istismar etmək niyyətim yoxdur.

Başqaları uşaqların video və şəkillərini paylaşması istismar kimi dəyərləndirməyə bilər, hər kəsin öz işidir, bunu da çox normal qəbul edirəm.

- “5-ci element” son illərdə efirdə yayımlanan ən uzun verilişlərdən biridir. Maraqlıdır ki, 4 aparıcı arasında mübahisə baş vermir?

- Veriliş 4 məşhur azərbaycanlının birgə iştirakı ilə çəkilir. Təzə başlayanda bizə deyirdilər ki, veriliş tezliklə bağlanacaq, uzun müddət davam edə bilməyəcək. Onun uzun müddət davam etməsinin sirri bir-birimizə qarşı olan səmimi hisslərdə və dostluqda gizlənib. Əlbəttə ki, yaradıcı müzakirələr baş verir, lakin hamımız bir-birimizə isti münasibət göstəririk. Rəqabətimiz fərqlidir, biri digərinə rəqib gözü ilə baxmır, əksinə bir-birimizin uğuruna çox sevinirik.

- Gələcəkdə format dəyişikliyi gözlənilir?

- Mümkündür, hər şey ola bilər. Veriliş illərlə bu formatda yayımlana bilməz, mövsümün sonuna yaxın dəqiqləşəcək.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 565 07.03.19 19:40