"Qızı kimə vermisiniz?"
Median.Az xəbər verir ki, bu sualla Zaur Kamal bir ay əvvəl qızına nişan edən rəqqasə Fatiməyə müraciə edib.
Fatimə "Bu barədə danışmaq istəmirəm, qızım istəmir çünki" desə də aparıcı inadından dönməyib: "Sən kasıba verməzsən. Qohumdur, uzaq?".
Fatimə mövzu ilə bağlı heç bir şey demək istəməsə də "Əsas odur ki, adam olsun. Mənə başqa heç nə lazım deyil. Həyat yoldaşım tərəfdən uzaq qohumdur" ifadələrini işlətməyə məcbur qalıb.