Əməkdar artist Röya Ayxan Xalq artisti Afaq Bəşirqızının prezident İlham Əliyevin incəsənət xadimləri ilə görüşündə səsləndirdiyi fikirləri haqqında ürək sözlərini sosial şəbəkədə paylaşıb.
Median.Az xəbər verir ki, müğənni görkəmli aktrisanın səmimi çıxışını dəstəklədiyini qeyd edib:
“Belə görüşlərdə böyüklərimiz bizi təmsil edəndə və fikrini çatdıra biləndə biz yaşamaq istəyirik. Ağıllı və böyük olmaq çətindir. Çünki bəzi müğənnilərin yaşı artdıqca ağılları kiçilir, gənclərə yol açmağı unudurlar. Əlbəttə ki, hamıya aid deyil, dırnaqarası “As”lardan söhbət gedir. Afaq xanım, incəsənət adamları adından sizə bir daha təşəkkür edirəm, çox sağ olun. Bax DİVA budur, əzizlərim qarşılayın! Ora-bura yozmadan, müzakirəsiz yaşamaq lazımdır ki, arxandan xəbərin olsun!”