"Dostlarım öz dəyərini bilmədilər deyə, köhnəldilər".
Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "MTV Azərbaycan"da yayımlanan "Sözhbətsiz" proqramında müğənni Samir Cavadzadə deyib.
O, əməkdar artist Röya Ayxanla pozulan münasibətlərindən danışıb.
"Röyayla sıx dostluğumuz olub. Röyadır öz-özünə inciyir, barışır. Kiminləsə dostluq edəndə götürə bilmir. Qısqancdır. Kiminsə kaprizini çəkməyə hövsələm yoxdur. Dəfələrlə təklif edib ki, duet oxuyaq. Gəlib görmüşəm ki, tək oxuyub. Sadəcə öyrənib ki, mahnı yaxşıdır, ya yox. Demirəm istifadə edir, xarakteridir" deyə, Samir bildirib.