Damla ailəsi haqda SİRLƏRİ AÇDI: “Həyat yoldaşım dəfələrlə xəyanət etmişdi” - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 10 qəpikdən domino oynadılar - 3 min manat cərimələndilər  |     22:26 Bu ölkə Netanyahunu həbs etməyəcək  |     22:24 Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?  |     22:13 "Roşka" ləqəbli Tiktoker saxlanılıb  |     21:48 Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU - Hadisə yerindən GÖRÜNTÜLƏR (FOTO)  |     21:43 "Şlyapa Zahid" məhkəmədə bankın xəzinədarları ilə üz-üzə gəldi  |     21:25 Tokayev və Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib  |     21:04 Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi  |     20:49 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri göndərildi  |     20:28 İdmançılarımız Özbəkistanda 3 qızıl medal qazanıblar  |     20:15 Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb  |     19:55 Şarl Mişel noyabrın 29-da tutduğu postu Antonio Kostaya təhvil verəcək  |     19:42 Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub  |     19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |     18:51 Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"  |     18:47 "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı  |     18:40 Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi  |     18:31 Əfqanıstanda qadınlar üçün qəhvəxanalar qapadılıb  |     18:22 Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə  |    

Damla ailəsi haqda SİRLƏRİ AÇDI: “Həyat yoldaşım dəfələrlə xəyanət etmişdi” - FOTO

Dünən "Çamadan" adlı yeni klipini təqdim edən Damlanın yeni ekran işi Yutubda bir gündə 300 minə yaxın baxış sayı toplayıb.

Publika.az-a müsahibə verən müğənni son günlərdə haqqında yayılan çirkin iddialara yüksək keyfiyyətli işlərlə cavab verəcəyini bildirib.

- Bəzən repertuarınızı çox tənqid etsələr də, Yutubda mahnılarınızın izlənmə sayı rekord qırır. Sizcə, onlar tarixdə qala biləcək?

- Zaman hər şeyin göstəricisidir. Bu gün tarixdə qalacam desəm də, bir-iki il sonra yanıla bilərəm. Hesab edirəm ki, hər şeyi öz axarına buraxmaq lazımdır.

- Unudulmaq qorxusu yaşayırsınız?

- Daim öz üzərində işləyən və zəhmət çəkən müğənni düşünürəm ki, unudulmaz. Tamaşaçıları yeni mahnılarla sevindirən, onların qarşısına yeni layihələrlə çıxan və konsertlər verən müğənni niyə unudulsun ki?

- Fəaliyyətinizin başlanğıc dövrü ilə hazırkı inkişaf səviyyəsi bir-biri ilə kəskin şəkildə fərqlənir. Köhnə çıxışlarınıza baxanda utanc hissi keçirirsiniz?

- Yox, nə danışırsınız, qətiyyən. Onların dadı tamam başqadır. Bir mahnını ərsəyə gətirmək üçün 50 toyun pulunu yığırdım. Köhnə çıxışlarıma baxanda çox uzaqlara gedirəm, şirin əziyyətlərim yada düşür və məni həmişə duyğulandırır. Boş dayanmamamışam, gücüm çatdığı qədər mahnılar alıb yazdırmağa çalışmışam. Kiçik də olsa, iş görmüşəm. Unutmaq olmaz ki, böyük uğurlar da kiçik addımlardan başlayır. Heç nə birdən-birə qazanılmır. Yeni başlayan heç bir müğənni böyük təcrübəsi olan həmkarı ilə eyni səviyyədə ola bilməz, onların çıxışını da müqayisə etmək doğru deyil. Çünki sənətə yeni başlayan ifaçı peşəkar müğənni ilə eyni imkanlara sahib deyil. Lakin bu, o demək deyil ki, onu tənqid atəşinə tutmaq lazımdır.

Mən bir tərəfə, kimsənin ixtiyarı yoxdur ki, bütün komandamın zəhmətini yerə vursun.

- Sizi təndiq edən bu və digər insanlara cavab olaraq ki, daha peşəkar bəstəkarlara müraciət etməyi düşünmürsünüz ki?

- İstər Mingəçevir, istər Gəncə, istərsə də Yaşıl Teatr səhnəsində baş tutan konsertlərimdə hər zaman xalq, klassik və retro mahnılarımıza yer verirəm.

- Bəs niyə Faiq Sücəddinov və ya Eldar Mansurov kimi bəstəkarlardan yeni mahnılar almırsınız?

- İnşallah, planda var, gələcəkdə olacaq.

- Afət Fərmanqızı dahi şair və filosof Nəsiminin qəzəlinə oxuduğu mahnı ilə gündəmdədir. Ona da ən az sizin qədər irad bildirdilər. Müəyyən mənada sizi xatırladır. Həmkar olaraq buna münasibətiniz necədir?

- Afət Fərmanqızı erməni deyil ki, bizim xalqın nümayəndəsidir, mənim millətim və mənim qanımdandır. Afət Fərmanqızı onu oxuduqdan sonra qapı-qapı düşərək deməyib ki, bu mahnını mütləq dinləyin, qəbul edin və ya sevin. Yəni heç kimi məcbur etməyib. “Pencu Şeş”i dinləyən və qol qaldırıb oynayan minlərlə insan var. Kimsənin ixtiyarı yoxdur ki, Afət xanımın dinləyicilərini təhqir etsin, onu sevən insanları üzsün. Bu, onun öz seçimi və tərzidir. Əgər müəyyən qrup onu bəyənirsə və ya mahnı onların əhval-ruhiyyəsini artırırsa, nə haqqımız var ki, Afət xanımı təhqir edək.

O müğənnini dinləyən sürücü də, satıcı da insandır, onları bayağı mahnılar dinlədiyi üçün qınamaq olmaz. Hər kəsin ziyalı ailəsində doğulmaq və klassik ifaçıları tanımaq şansı yoxdur. Ona işlərində uğurlar arzu edirəm, bir qədər boş versin və ürəkli olsun.

- Damla xanım, ifa etdiyiniz mahnıların şəxsi həyatınızla bir əlaqəsi var?

- Bütünlüklə olmasa da, mahnılarda olan bəzi misralar Damla həyatını əks etdirir. Realda yaşanmış duyğular olmasa, mahnılar bu qədər təbii və içdən alınmaz. Həyatını xatırladan misra olmalıdır ki, oxuyanda sənə toxunsun və onu dərindən hiss edərək ifa edəsən.

- Yaradıcılığınız lirik notlar üzərində qurulub. Bu qədər kədər neqativ təsir göstərmir ki?

- Neqativə köklənib orda qalan insan deyiləm. Mənfi duyğuları müsbətə çevirə bilirəm. Gündəlik həyatımda çox rahat insansam.

- O da sirr deyil ki, ifalarınızda sevdiyi insan tərəfindən tərk edilən bir qadın obrazı yaratmısınız. Real həyatda vəziyyət necədir? Xəyanət zəhərini dadmısınız?

- Hər qadın xəyanət yaşayıb, kimsə desə ki, bu, heç vaxt baş verməyib, çox qeyri-səmimi səslənər. Hər kəs kimi mən də yaşamışam. Nə gizlədim... Amma zaman o yaralara sığal çəkir və yavaş-yavaş sağalır.

- Qadın xəyanəti bağışlamağa məcburdur?

- Evli olarkən həyat yoldaşım mənə dəfələrlə xəyanət edib. Lakin ailəm bu xəyanətlərə görə deyil, başqa bir qadın üstündə dağıldı. Bizim rəsmi nikahımız ola-ola başqa biri ilə ailə qurduğu üçün boşanmaq məcburiyyətində qaldım.

Allah hər kəsə bir qismət yazır, mənə xoşbəxtliyi özəl həyatda yox, səhnədə yaşamağı nəsib edib.

- Qadın energetikası çox güclüdür. Karma öz sözünü deyir, dolayısı ilə ona qarşı haqsızlıq edənlər gec-tez layiqli cəzasını alır. Həyat yoldaşınızdan aldığınız bu zərbə cavabsız qaldı?

- Allah çox ədalətlidir, kimsənin ahını yerdə qoymaz. Zaman hər şeyi yoluna qoyur. Nə əkərsən, onu da biçərsən. Kimsə bu dünyadan başqasına yaşatdığını özü yaşamadan getməz.

- Ailənizin uğursuz alınması sizi sevgidən küsdürdü?

- Ümidimi itirdiyimi demək olmaz. Bəlkə nə zamansa yenidən kimisə sevə bilərəm.

- Həyatınızı sıfırlayıb və çamadanınızı götürüb hər şeyi yenidən başlamağa məcbur olduğunuz dönəmlər çox olub?

- Əlbəttə ki, baş verib. Lakin güclü qadın olduğum üçün o çamadanı boşaldıb yenidən həyatıma davam edə bilmişəm.

- Kimlərisə həyatınızdan asanlıqla silə bilirsiniz?

- Ətrafımda məni üzən heç nəyi görmək istəmərəm. Məni incidən və əzən insanlara bir neçə dəfə şans verə bilərəm. Sonra heç ruhum da incimir, hər şey bağlanıb gedir.

- Bu yaxınlarda Könül Xasıyeva bir doğum günündə muğam oxuyarkən həmkarları gətirib ovcunun içinə pul qoyduğu kadrlar yayılmışdı. Bu, sosial şəbəkələrdə çox müzakirə edildi.

- Burada pis heç nə görmürəm. Sənətçi xalq üçün çalışır, orda olan sənətçilərimiz də hörmət əlaməti olaraq ona pul verib.

- Bunu gizlin etmək olmazdımı?

- Müğənnidir, oxuduğu zaman əlinə gətirib pul verib, pis heç nə görmürəm.

- Moskvada tez-tez konsertlər verirsiniz. Bəs Cənubi Azərbaycanda sizə tələbat varmı? Sizi orda görmək istəyirlər?

- Konsert üçün o qədər təkliflər gəlib ki... Bildiyim qədər İranda ancaq qadınlara konsert vermək olar. Bu baxımdan tərəddüd edirəm.

- Adınıza çıxarılan qalmaqallı intim video sizə və oğlunuzun psixoloji durumuna necə təsir etdi?

- Bu, qara piarın ən iyrənc və ən rəzil forması idi. Məni aşağılamaq üçün hər variantlara əl atdılar. Sənət yoldaşlarım sağ olsun ki, bu məsələdə məni tək qoymadı, arxamda dayandı.

Övladımla dost münasibətimiz var, amma bu dəfə nə deyəcəyimi bilmirdim. Mənə "bayağıdır, zövqsüzdür, oxuya bilmir, İnstaqramı saxtadır" dedilər. Adımı iş adamı ilə hallandırdılar. Narkotik aludəçisi olduğumu iddia edənlər də tapıldı. Gördülər ki, bütün bunları insanlara qəbul etdirib məni gözdən sala bilmirlər. Bu da ən sonuncu və rəzil variant idi.

- Yumruğunuzu masaya vurub “Haqqımda bunları deməyə ixtiyarınız yoxdur” deyib bütün bunlara qoymaq üçün hər hansı bir tədbir görməyi düşünürsünüz?

- Xalqın ağzı torba deyil ki, bağlayasan. Damla yumruğunu vursa da, sussa da, yenə danışacaqlar. Mən cavab versəm, deyəcəklər ki, bunun da dili çıxdı. Susanda da deyirlər ki, yəqin günahı var deyə susur. Abırlı abrından danışmır, abırsız da deyir ki, mən onu susdurdum. Nə etsən də, danışacaqlar.

Çirkin söz-söhbətlərə layiqli cavabım gördüyüm işlər ola bilər. Deyirlər ki, oxuya bilmir, mədəniyyəti yoxdur. Ali təhsilim ola-ola irad bildirirlər ki, musiqi savadı yoxdur. Belələrinə nə cavab verim? Susmaq qızıldırsa, niyə danışaraq bu qızılı boş yerə xərcləyim?

- “Çamadan” klipinizi türkiyəli rejissora çəkdirmisiniz. Nəticədən razı qaldınızmı?

- Mahnının sözləri Elçin Məhərrəmov, musiqisi Cəsur Abdurrəhman, klipin rejissoru isə İrem Haykirdir.

Nə mən onları, nə də ki, onlar məni incitdi. İş prosesində çox enerjili oluram, yorğunluq nədir bilmirəm. Saatlarla yağışın altında çəkilişlər oldu, həmçinin yanğın səhnələri də qrafika deyil, bütün evin əşyalarını yandırdıq. Razı da qalmışam.

- Neçəyə başa gəldi?

- Klip bahalı olsa da, maliyyə məsələlərindən danışmağı sevmirəm.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 721 01.03.19 21:10