Müğənni Damla "Çamadan" adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.
Media nümayəndələrini başına toplayan ifaçı ekran işi haqda ətraflı məlumat verib.
Damlanın sözlərinə görə, klip Türkiyənin İstanbul şəhərində rejissor İrem Haykır tərəfindən lentə alınıb.
Müğənni ikinci dəfə türkiyəli rejissora müraciət etməsinin səbəbini belə izah edib:
"Əlbəttə ki, Azərbaycanda da peşəkar rejissorlarımız var. Sadəcə olaraq, bəzi texniki avadanlıqlar var ki, bizdə hələ mənimsənilməyib. Mən nə bizim yerli rejissorları aşağılayıram, nə də onlara bir irad bildirirəm. Bu, mənim sahəm deyil. Mənə onlara irad tutmaq düşməz. Sadəcə olaraq, daha keyfiyyətli görüntü üçün türkiyəli rejissora müraciət etdim. Niyə də Azərbaycan tamaşaçısına gözəl görüntü təqdim etməyək? Onların gözəl klip izləmək haqqı yoxdurmu?"
Damla bildirib ki, klipdə kompüter qrafikasından istifadə olunmayıb:
"Yağış və yanğın səhnləri real çəkilib. Yağış effektini yaratmaq üçün saatlarla suyun altında qalmışdım. Evi də yandırdıq. Bütün əşyalar kül oldu".
Qeyd edək ki, mahnının sözləri Elçin Məhərrəmova, musiqisi isə özbək bəstəkarı Cəsur Abdurrahməna aiddir.
//Baku.ws