Flora Kərimova gizlinləri açdı: “Şayiə yaydılar ki, onu öldürüblər” - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 10 qəpikdən domino oynadılar - 3 min manat cərimələndilər  |     22:26 Bu ölkə Netanyahunu həbs etməyəcək  |     22:24 Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?  |     22:13 "Roşka" ləqəbli Tiktoker saxlanılıb  |     21:48 Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU - Hadisə yerindən GÖRÜNTÜLƏR (FOTO)  |     21:43 "Şlyapa Zahid" məhkəmədə bankın xəzinədarları ilə üz-üzə gəldi  |     21:25 Tokayev və Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib  |     21:04 Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi  |     20:49 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri göndərildi  |     20:28 İdmançılarımız Özbəkistanda 3 qızıl medal qazanıblar  |     20:15 Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb  |     19:55 Şarl Mişel noyabrın 29-da tutduğu postu Antonio Kostaya təhvil verəcək  |     19:42 Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub  |     19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |     18:51 Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"  |     18:47 "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı  |     18:40 Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi  |     18:31 Əfqanıstanda qadınlar üçün qəhvəxanalar qapadılıb  |     18:22 Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə  |    

Flora Kərimova gizlinləri açdı: “Şayiə yaydılar ki, onu öldürüblər” - FOTO

Bu gün mərhum xalq artisti Nəzakət Məmmədovanın doğum günüdür.


Sənət dostu, xalq artisti Flora Kərimova 1980-ci ildə uğursuz əməliyyat nəticəsində dünyasını dəyişən sənətkarı yad edib:

“Nəzakət həddən artıq ünsiyyətcil, incə ruhlu, şirindilli bir xanım idi. İnsanlar onu çox istəyirdi. Təəssüf ki, vaxtsız ölüm onu alıb apardı. Mən onun ölümünü ağır qarşıladım. Elmira Rəhimova ilə birgə yasına getdik. Yas mərasimindən qayıdanda yolda Nəzakətlə bağlı xatirələrimizi bölüşüb, ağladıq. Ölümündən sonra şayiələr yayıldı ki, onu kimsə öldürüb. Yalan sözdür. Düzdür, o vaxt Nəzakəti dəlicəsinə sevən kişi vardı. Hətta Nəzakət öləndən sonra həmin adam onun kasetlərinə qulaq asıb ağlayırmış. Bu ülvi sevgi idi. Nəzakət sadəcə olaraq uğursuz əməliyyatın qurbanı oldu. Boğazında qırışlar vardı, bu qırışları götürtmək üçün əməliyyata getmişdi. Amma həyatını itirdi. Ondan sonra oğlu və nəvəsi də vaxtsız əcəlin qurbanı oldu. O vaxt onun varlığını qəbul etməyən müğənni vardı, adını çəkmək istəmirəm, çünki sağdır. Həmişə ona mane olmağa çalışırdı” .//yenicag.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 038 28.02.19 20:24