"Eurovision 2011" qalibi Nigar Camal həmkarı Eldar Qasımovun yeni imicini ələ salıb.
Median.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "ATV maqazin onlarla"ya açıqlamasında Eldarın ağ saçlarını bəyənmədiyini deyib:
"Ağ edib. Eldarın köhnə imicinə daha çox alışqın idim, bəyənirdim. Ona belə xoşdursa, etsin".
Nigar Eldarın ondan bu sözlərinə görə inciməyəcəyinə də əmin olduğunu söyləyib:
"İnanın ki, mənim atmacam Eldarın vecinə deyil. Onu yaxşı tanıyıram".
Qeyd edək ki, bir neçə gün əvvəl Eldar saçlarını yenidən tünd rəngə boyatdırıb.