Müğənnilərin gecə-gündüzü olmur. Sənətçinin işi çox çətindir.
Median.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Mətanət İsgəndərli "Faydalı saat" verilişində deyib. Son günlər çox kökələn müğənni plastik əməliyyat etdirmək istədiyini bildirib:
"Hərdən deyirəm gedəcəm əməliyyata. Dilim deyir, amma... Gah deyirəm heç vaxt etmərəm. İndi dəbdir, hamı etdirir. Kimi dindirirsən əməliyyata gedib. Xatirə İslam deyir ki, səni özüm aparıb əməliyyatla arıqladacam.
Dəfələrlə dietoloq məsləhəti ilə arıqlamağa çalışdım. Məni normaya salırlar, düzgün qidaya başlayıram. Bol su içirəm, sağlam qidalanıram. Onda 30 kiloqram da arıqlamışam. Heç dərim də sallanmayıb. Amma davamlı edə bilmirəm.
Mənim qayğılarım çoxdur. Həyatımı toyla qazanıb, yaşayıram. Çörək yerim toydur, amma sənətim də var axı... Evin həm kişisi, həm qadını, həm anası, həm də atasıyam. İndi də nəvələrim var, iş də stres. Məni stres kökəldir, rejimsiz yaşayıram. Görürəm, elə stresdəyəm ki, canavara dönürəm. Yeməsəm, yata bilmərəm".