Əməkdar artist Röya Ayxanın atası gözlərindən əməliyyat olunub.
Median.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Röya Ayxan instaqramda məlumat verib. Müğənni dostları ilə birlikdə stilit Elnur Həsənovun evinə qonaq gedib. Qonaqlıqda bir neçə həftə əvvəl doğum gününü qeyd edən Hacı Nuran üçün tort hazırlanıb. Hacı Nurana ürək sözlərini Röya Ayxan instaqramda paylaşıb və bildirib ki, həmişə atasına çox dəstək olur:
"Bunu deməsəm, olmaz. Atamın gözündə problem olanda, mənə yığmır. Fikirləşir ki, Röya konsertdə olar, narahat edib stressə salmayım. Odur ki, Hacı Nurana zəng vurub ondan kömək istəyir. Hacı Nuran da məndən xəbərsiz aparıb atamı əməliyyat etdirib gətirir. Hacı Nuran hamımızın güvəndiyi dostdur".
Daha sonra gecəyarı buvarda gəzən ulduz instaqramın hekayə bölümündə aparıcı Nəsib Nurla birlikdə idmana başladığını elan edib:
"Nəsib Nur kimi arıqlamağa qərar vermişəm. 47 kq idim, indi 60 kq olmuşam. Onunla hər axşam bulvarda gəzəcəyəm. Niyə bizdən başqa heç kim gəzmir? Bu ölkədə bir dənə gombul bizik?"