Populyar müğənni Türkan Vəlizadə həmkarı Əli Mirəliyev arasında qalmaqal yaşanıb.
Median.Az xəbər verir ki, ARB telekalında yaymlanan "Səhər-səhər" verilişinin aparıcılarından biri olan Mirəliyev qonalar Zenfira İbrahimova ilə Türkan Vəlizadənin ifasını müqayisə edib və Zenfiranı ondan üstün tutub.
Onun müqayisəsi Türkanın xoşuna gəlməyib və sərt etiraz bildirib. İfaçı mübahisənin sonunda əsəbiləşərək studiyanı tərk edib.
Yalnız sakitləşdikdən sonra studiyaya qayıdıb.
Baş verənlər və ifaçının verilişi tərk etməsi Elgiz Əkbərin narazılığına səbəb olub. O, Əli Mirəliyevə öz iradını bildirib. Bu iraddan sonra Mirəliyev kənara çəkilərək bir müddət söhbətə müdaxilə etməyib.