Müğənni Afət Fərmanqızının Nəsimin qəzəlinə ifa etdiyi mahnı hələ də qalmaqala səbəb olmaqdadır.
Median.Az big.az-a istinadən xəbər verir ki, bu dəfə mahnıya "Xalq uduzu"dan məşhurlaşan, xalq artisti Mələkxanım Əyubbovanın bacısı oğlu Mirkamil Kamilov fikir bildirib:
"Salam, hər kəsi salmalayıram. Çox adam yenə baxıb güləcək ki, bunun başı gedib. Başımda problem yoxdu. Neçə vaxtdır Nəsiminin qəzəli ilə bağlı olan məsələyə aydınlıq getirmək istəyirəm. O mahnını kim aranjiman edib? Həmən aranjmançıya üzümü tutub deyirəm, mənim nömrəmi tap zəng elə mənə.
Yoxsa qaz balonunu sənin studiona qoyub partladacam. Ya tapırsan məni da ya da tapın görüm o mahnını kim aranjman edib? Oxuyana aid heç bir şey yoxdu burada, o ideya müəllifi kimdirsə, ona deyirəm ki, qaz balonun qoyub studionu dağıdacam"