"Nüşabə Ələsgərli sındırdığı 2500 manatlıq telefonumu almır" - QALMAQAL (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:07 Ömürlük məhkumluqdan bəraət alan məhkumun təzminat tələbinə cavab verildi  |     17:54 Ermənilər bu dəfə muğamımıza göz tikdilər - VİDEO  |     17:51 Bakıda bəy qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat  |     17:30 Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO  |     17:13 Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq  |     17:02 Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq  |     16:53 Temperatur 8 dərəcə aşağı enəcək - Xəbərdarlıq  |     16:40 MSK sədri parlament seçkisinə hazırlıqla bağlı tapşırıq verib  |     16:31 Quba Memorial Kompleksində məzarlıq niyə yenidən torpaqla örtülüb?  |     16:28 Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO  |     15:24 Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat  |     15:04 Mayın 5-də növbəti imtahanlar keçiriləcək  |     15:03 Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO  |     15:01 Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA  |     14:54 Azərbaycan beynəlxalq reqatada ilk medalını qazanıb  |     14:50 İcra başçısının qardaşı oğlu: “Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”  |     13:18 Kərim Benzema “Real Madrid”ə qayıdıb  |     13:10 Füzuli sakinlərinə ŞAD XƏBƏR  |     12:50 Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? (VİDEO)  |     12:46 Küləkli hava nə vaxtadək davam edəcək?  |    

"Nüşabə Ələsgərli sındırdığı 2500 manatlıq telefonumu almır" - QALMAQAL (VİDEO)

Xəbər verdiyimiz kimi, əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmanqızı üz-üzə gəlib. Sənətçilərin bir-biriləri dalaşmasını tədbirdə iştirak edən stilist Samiraldo telefonu ilə lentə alıb. Bunu görən Nüşabə stilistin telefonunu əlindən alaraq yerə çırpıb. O, Samiraldonun telefonunu sındırdıqdan sonra əsəbi olduğunu və yenisini alacağını deyib. Lakin əməkdar artist sözündə durmayıb. O, stilistə tədbirdən sonra zəng edərək sındırdığı telefonun yenisini almayacağını bildirib.

Median.Az
sia.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Samiraldo bu açıqlamanı verib:

"Mən məkanların açılışında iştirak edib maddi gəlir əldə edirəm. Ötən gün gözəllik salonlarının birinin açılışında iştirak etdim. Həmin tədbirə bir neçə məşhur simalar da qatılmışdı. Onlar arasında əməkdar artist Nüşabə Ələsgərli və müğənni Afət Fərmanqızı da var idi. Nüşabə xanım Afətin günlərdir bir çox ifaçıların qınadığı "Pencu şeş" mahnısını müzakirə edirdi. O, hətta Fərmanqızına səs tonunu qaldıraraq sözügedən bəstənin sözlərini dəyişməsini inadla bildirirdi.

Mən də hər bir tədbirdə etdiyim kimi məkanı lentə alıb, sosial şəbəkədə paylaşırdım. Mən açılışdan görüntüləri lentə alan zaman iki məşhur xanım bir-biriləri ilə söz davasına çıxdı. Həmin vaxt Nüşabə Ələsgərli Afət Fərmanqızı ilə mübahisəsini çəkməyimə etirazını bildirdi. Mən də ona dedim ki, bütün açılışlarda baş verənləri lentə alıb, sosial şəbəkədə paylaşıram. Çünki məkan sahibləri ilə açılışdan öncə belə danışıb, pul qazanıram. O, bu vaxt əlimdən telefonumu alaraq yerə çırpdı.

Əməkdar artist telefonumu sındırdıqdan sonra səhvini başa düşdü və tədbirdə hər kəsin gözü önündə mənə söz verdi ki, yenisini alacaq. Lakin o, dediyi sözə əməl etmədi. Belə ki, əməkdar artist mənə açılışdan sonra zəng edərək bildirdi ki, Afət xanımla davası sosial şəbəkələrdə yayılıb və həmin görüntüləri də mən paylaşmışam. Bunun üçün 2500 manat dəyəri olan telefonumu almayacaq.

Onu da deyim ki, gözəllik salonunun açılışından öncə N.Ələsgərli mənimlə dalaşmağı artıq planlaşdırmışdı. Çünki mən tədbirə gələndə o, A.Fərmanqızına pıçıldayaraq nəsə deyirdi. Afət xanım da ona bərkdən "Samiraldo bu tədbirdə bizdən hörmətli qonaqdır. Çünki onu açılışa pul verib, gətizdiriblər" deyə söylədi".

Əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmanqızının məkan açılışında baş verən davasının görüntülərdən da bəllidir ki, Nüşabə Afətlə davasının Samiraldo tərəfindən çəkilməsinə etiraz edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 820 08.02.19 20:50