Müalicəyə pul tapmayan meyxanaçının səhhəti pisləşdi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 10 qəpikdən domino oynadılar - 3 min manat cərimələndilər  |     22:26 Bu ölkə Netanyahunu həbs etməyəcək  |     22:24 Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?  |     22:13 "Roşka" ləqəbli Tiktoker saxlanılıb  |     21:48 Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU - Hadisə yerindən GÖRÜNTÜLƏR (FOTO)  |     21:43 "Şlyapa Zahid" məhkəmədə bankın xəzinədarları ilə üz-üzə gəldi  |     21:25 Tokayev və Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib  |     21:04 Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi  |     20:49 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri göndərildi  |     20:28 İdmançılarımız Özbəkistanda 3 qızıl medal qazanıblar  |     20:15 Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb  |     19:55 Şarl Mişel noyabrın 29-da tutduğu postu Antonio Kostaya təhvil verəcək  |     19:42 Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub  |     19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |     18:51 Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"  |     18:47 "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı  |     18:40 Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi  |     18:31 Əfqanıstanda qadınlar üçün qəhvəxanalar qapadılıb  |     18:22 Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə  |    

Müalicəyə pul tapmayan meyxanaçının səhhəti pisləşdi - VİDEO

Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən və efirlərdən uzaqlaşan meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətində ciddi problemlər yaranıb.

Median.Az
xəbər verir ki, “Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” verilişində meyxanaçının oğlu Kamil bəy telefon vasitəsilə canlı efirə bağlanıb.

O, atasının vəziyyətinin ağır olduğunu dilə gətirib.

“Vəziyyəti bir aydır pisləşib. Ayaqları isə artıq iki həftədir tutulub. Özəl xəstəxanalardan birində müalicə etdirdik. Altı gün orada qaldı. Bir az maddi çətinlik çəkdiyimizə görə xəstəxanaya köçürdüyümüz məbləğ yetərli olmadı. Ona görə də müalicəsi yarımçıq qaldı, xəstəxanadan çıxarmalı olduq. Həkimlər deyirlər ki, xəstəxanada müalicəsi daha düzgün gedər, nəinki evdə. Xəstəxanada qalsa, iki aya ayağa qaldıra bilərlər onu. İki aylıq müalicəsi üçün 20-25 min manat lazımdır”.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb. Xoşagəlməz hadisədən sonra o, efirlərdən uzaqlaşıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 825 07.02.19 14:29