Alla Puqaçovanın nəvəsi maddi yardım istəyir – Foto
Rusiyanın məşhur ulduzu Alla Puqaçovanın nəvəsi – onun qızı Kristina Orbakayte ilə Vladimir Presnyakovun oğlu Nikita maddi yardım üçün adamlara müraciət edib.
O, toplamaq istədiyi vəsait hesabına mahnı yazdırmaq, klip çəkdirmək istədiyini bildirib. Əvəzində isə yardım edənlərin hər birinə satışdan əldə olunacaq gəlirin müəyyən hissəsini verəcəyini deyib.
“İndi sizin hər biriniz üçün unikal şanc yaranıb. Bizim “To Stay” mahnımızın həmsponsoru olmaq və musuqimizin gəlirindən müəyyən faiz qazanmaq şansınız var”, – Nikita Presnyakov “İnstagram” səhifəsində yaxıb. Yardım etmək istəyənlər saytda qeydiyyatdan keçməlidir.
Alla Puqaçovanın nəvəsi Nikita Presnyakov / Foto: RIA Novosti / Yevgeniya Novojenina
Nikita mahnısına Amerikada – Los-Anceles şəhərində klip çəkdirmək istəyir.
“İnstagram”da bir çox istifadəçilər Alla Puqaçovanın nəvəsinin bu hərəkətini “həyasızlıq” kimi qiymətləndiriblər. Bu gəncə tövsiyə ediblər ki, Los-Ancelesdə klip çəkmək üçün pulu onlardan yox, öz nənəsindən istəsin.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!