Xalq artistləri Aygün Kazımova və Faiq Ağayev "ASAN Radio"nun qonağı olub.
Median.az axşam.az-a istinadən xəbər verir ki, proqramın aparıcısı Emin Musəvi izləyicilərin müğənnilərə yazdığı sualları ünvanlayıb. A.Kazımova F.Ağayevlə duet oxuması haqda suala belə cavab verib:
"Faiqlə çoxdan qərar vermişik. Amma Bizim duetimiz həyatımızdır". E.Musəvi isə "Pul xərcləyin, yaxşı mahnı olsun" sözlərini bildirib.
Aygün isə "Elə pul xərcləyən bizik də" desə də, F.Ağayev buna etiraz edib. O, heç vaxt bəstəkara pul vermədiyini bildirib:
"Aygünlə mən hazırıq, material yoxdu. 30 ildir səhnədəyəm, nə şair, nə də bəstəkara pul xərcləmirəm. Onlar bilir ki, Aygün və Faiq oxuyanda digər ifaçılar qapıda dayanacaq, mahnı istəyəcək. Mən pulu ancaq aranjimana və klipə verirəm".
Kazımova isə "Mənim iş prosesim fərqlidir. Bütün işin ödənişi edilir" deyə, söyləyib.