Natavan Həbibi hamiləliyindən danışdı: "Qərara gəldik ki..." » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Natavan Həbibi hamiləliyindən danışdı: "Qərara gəldik ki..."

Reper Dado (Səid Əliyev) həyat yoldaşı Natavan Həbibiyə hamiləliyi haqqında danışmağı qadağan edib.

Median.az
xəbər verir ki, sənətçi bu barədə Muz TV-nin "3 canlı" verilişində qonaq olarkən deyib. Müğənni uşağının cinsiyyətinin hələ bəlli olmadığını bildirib:

"Səid hamiləliyim haqqında danışmağa qoymur. Uşağın cinsiyyəti hələ bəlli deyil. Əvvəlcə həkim nəzarətinə gedəndə dedilər ki, oğlun olacaq. Daha sonra yenə müayinəyə getdim. Bu dəfə həkim başqa şey dedi. Bildirdi ki, cinsiyyəti hələ bilinmir. Qərara gəldik ki, cinsiyyətini öyrənməyək".

4 ay sonra ana olmağa hazırlaşan sənətçi əsl adının Natavanxanım olduğunu etiraf edib:

"Doğulandan xanımam. Şəxsiyyət vəsiqəmdə Natavanxanım kimi qeyd olunub. Ailəmizin mədəniyyəti belədir. Hər adın sonunda "xanım" yazılıb. Xanım statusunu daşımaq mənlikdir. Uşaqlıqdan ərköyün olmuşam, məni belə böyüdüblər. Xanımlıq şəxsiyyət deməkdir".

Natavan Xalq artisti Aygün Kazımova ilə aralarındakı qalmaqaldan sonra depressiyaya düşdüyü və dərmanlar qəbul etdiyi ilə bağlı yayılan xəbərlərini inkar edib:

"Depressiyaya düşməmişəm. Bilirdim ki, düzəm. Əsas məqsədim adımı təmizə çıxarmaq idi. Özümü nəzarətdə saxlamağı bacarıram. Zəif olsaydım, istədiklərinə nail olacaqdılar. Sülh olmayacaqdı. Güclü oldum ki, indi hər şey öz yerini tapdı". (publika.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 903 23.01.19 22:36