Hollivud aktyoru Bred Pitlə aktrisa Şarliz Teron arasında eşq macərasının yaşandığı ilə bağlı söz-söhbətlər təkzib olunub.
Median.Az xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.
Dərginin mənbəyi onların görüşməsi ilə bağlı şayiələrin həqiqəti əks etdirmədiyini bildirərək, ulduzların uzun müddət birlikdə görünmədiyini vurğulayıb.
Sonuncu dəfə Pit aktrisa ilə yarım il əvvəl “Breitling” saatının reklam çarxının çəkilişində görüşüb.
Bundan əvvəl nüfuzlu “The Sun” nəşri 2016-cı ildə Ancelina Colidən ayrılan Bred Pitin “Oskar” laureatı olan Ş.Teronla gizli sevgi münasibətlərində olduğu xəbərini yaymışdı. Onların dekabr ayından bəri görüşdüyü iddia olunurdu.