“Səs Azərbaycan” müsabiqəsinin qalibi Emilya Yaqubovanın avtomobilinə hücum olub.
Bununla bağlı müğənni “Instagram” hesabında məlumat verib.
“Maşınımın pəncərəsini sındırıb yarmaq istədilər. Xoşbəxtlikdən maşında qiymətli əşya saxlamıram. Siz də saxlamayın. Bir külək idi, oldu keçdi”, - ifaçı paylaşımında qeyd edib.