Əməkdar artist Röya Ayxan son zamanlar “Instagram” paylaşımları ilə diqqət mərkəzindədir.
Sənətçi bu dəfə onun keçmişinə nəzər salanlara yazı həsr etməsi ilə diqqət çəkib.
Hamiləlik fotosu ilə indiki görüntüsünü kollaj şəklində paylaşıb.
“Bəzən kimsə mənə “Haradan hara” deyir. Gülümsəyib, düşünürəm...
Çox məyus oldum, sizin “haradan” hələ də “haraya” çatmayıb. Amma məqsəd və arzu sənin yaxın dostun olmalıdır, özümüzü sevək, xanımlar, çünki mən Röyanı sevirəm”.//oxu.az