Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova Türkiyədə səfərdə olub.
Median.Az axşam.az-a istinadən xəbər verir ki, muğam ifaçısı Türkiyə Cümhuriyyətinin 95-ci ildönümünə həsr olunmuş tədbirdə yer alıb.
F.Qasımova daha sonra müğənni Bülənt Ərsoyun yer aldığı restorana yollanıb. Muğam ifaçısı onunla birlikdə səhnə bölüşüb. Ərsoy Fərqanəni səhnəyə dəvət edərək, mahnı oxumasını istəyib.
Videosunu sosial şəbəkədə paylaşan müğənni "Gözəl xatirələrdən biri. Türkiyənin böyük sənətkarı Bülənt Ərsoyla eyni səhnədə olmaq qürurvericidir" sözlərini yazıb.