Müğənnilər Damlanın prodüseri Şamil müğənni İradə Mehrini intim videolarını yayacağı ilə hədələyib.
Median.Az BAKU.WS-a istinadən xəbər verir ki, prodüser bunu Damlanın ünvanına təhqiramiz ifadələr işlədən İradənin səsini kəsmək məqsədilə edib.
Qeyd edək ki, bu düşmənçiliyə səbəb Damlanın həmkarının illər öncə ifa etdiyi "Sevmişdim” mahnısını repertuarına salması, üstəlik də klip çəkdirməsi olub. Bundan qəzəblənən İradə Mehri media və sosial şəbəkə vasitəsilə Damlaya iradını və etirazını bildirib.
İşlədiyi müğənnini müdafiə etmək və qarşı tərəfin səsini kəsmək qərarına gələn Şamil İnstagram səhifəsində əlində İradə Mehrinin intim videoları olduğunu yazıb və əgər ağıllı olmazsa, onları yayacağı ilə şantaj edib:
"Əxlaq meyarlarından və qeyrətdən dəm vuran xanımcıq. Mən bilməzdim, sən otellər kraliçasısan. Faktlar əlimdə olduğu üçün əminliklə yazıram. Deyirəm, bəlkə ağıllı olasan? Bəlkə xatırlatma edim? Akva Park, Novxanı Əli... Oteldə camaatın arvadının səni sürüməsi... Ən əsas, əlimdə olan video görüntülər! Nə deyirsən, bəlkə paylaşım? Axı sən məşhur olmaq istəyirsən? Sumqayıtda hansı bölmədə şikayət olunmusan, bəlkə onu da açıqlayım?
Sən çox təhlükəli qapını açmısan. Daha doğrusu, yalnız düyməni basmısan. Qız balana yazığın gəlsin. Quzu, canavara yem olmaq istəmirsənsə, sus, yerində sakit otur! Otel videolarını paylaşmaq üçün səbirsizlənirəm, mənim namuslu balam".
Bir müddətdən sonra prodüser bu paylaşımlarını silib. Lakin İradə Mehri prodüseri hədə və şantaj dolu paylaşımını və mesajlarını skrin edərək öz səhifəsində paylaşıb.
Prodüser tərəfindən İradə Mehriyə göndərilən mesajlarda da açıq-aşkar təhdid var: Olan-olmayan nə varsa əleyhinə verəcəm. Özünü gözdən az sal. Mən sənə deyirəm bəsdir! Damla özü polisə gedib. "Banditizm"də dostları var, səninçün pis olacaq"!
İradə Mehrinin bu şantaj və hədələrə qədər Damlaya ünvanladığı paylaşımlarını da təqdim edirik:
"O qədər cılızsan ki, sənə hər kəs bir şey edə bilər. Acızsən! Hər addımın sənı daha da gözdən salır və salacaq. Hələ çox çırpınacaqsan, çox. Amma unutma, hər çırpındıqca gözünü səhərlər bir kişinin yatağında açırsan və daim elə olacaqsan. Sənin ruhun satılıb, cismin bu dunyada gezsə nə fərq edər? Yazıq birisini seyr etməqdən zövq alıram və sənə pula görə əyilən kölələrini bir-bir itirəcəksən, yazıq kafir bəndə! Öz əsərini yaratmısan! Davam et"!
"Hansı peşə sahibi olursansa ol, fərq etməz, sözüm ünvanlıdır; çaqqalın yanında çaqqallar olar. O caqqalın üzü o qədər şey görüb ki, onun üçün fərq etmir. Söyülür susur, danlayırlar susur. Bədbəxt neylesin, sonradan görüb. Başa düşürəm, yazıq qorxur ki, ne isə deyər, bütün paxırları açılar. Vaxtında səni bilirsən niyə yanımdan qovdum? Sənin namussuz və nə qədər tərbiyəsiz olduğunu gördüm. Bil ki, mən sənin kimi onun-bunun hesabına yaşamıram. Bir dənə də səhv addımını görsəm, sənin üçün ağır olacaq! Ağıllı ol, get ulamağında ol!
Yazıqsan, sənin tula olduğunu bütün kişilər bilir, namussuz"!