Vaxtilə böyük səhnələrdə çıxış edən müğənni, mərhum meyxanaçı Nizami Rəmzi ilə "Aşiq canan" mahnısını duet ifa edən Əzizə xanım indi acınacaqlı vəziyyətdə yaşayır və küçələrdə dilənir.
Bu haqda müğənni Roza Zərgərli "Bakı vaxtı ilə" və "ATV maqazin onlarla" verilişində məlumat verib.
Əzizə xanıma kömək etmək istəyən R. Zərgərli bildirib ki, hazırda onun axtarışındadır və bununla bağlı aparıcısı olduğu "Bakı vaxtı ilə" verilişində artıq tamaşaçılarına da müraciət edib.//baku.ws