Bakirəliyini satışa çıxaran azərbaycanlı qız: "Ən yüksək qiymətlə razılaşacam" » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:37 Sumqayıtda çirkab suları evlərə dolur - VİDEO  |     11:34 Bakıda bəy gəlini nikah masasında TƏRK ETDİ  |     11:31 Qapalı məkanda siqaret çəkən şəxslər CƏZALANDIRILDILAR  |     11:27 Bakıda gənc oğlan itkin düşdü  |     11:24 Lənkəranda inəyi vuran avtomobil yanıb  |     22:59 Tarixi abidənin üzərində qanunsuz tikinti apardılar: Qurum məsələyə qarışdı - VİDEO  |     22:40 Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə etdi  |     22:32 Bakıda yeni magistral yol salınır: Bu obyektlər söküləcək - Video  |     22:29 Sabah Saatlının 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır  |     22:25 İran CNN-ə raketlərini göstərdi: İsrail bunlarla vurulub  |     22:19 Rus ordusu daha bir kəndi ələ keçirdi  |     22:13 Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı  |     22:01 Putin “Crocus City Hall”dakı terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb  |     21:56 Bu qəsəbələrdən şəhərə yeni marşrutlar açılır  |     21:50 Yeni qərar qiymət artımına təsir edəcək?  |     21:38 Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI  |     21:30 Azərbaycanda yaşayan ukraynalılar Kiyevə dəstək bəyanatı ilə çıxış ediblər  |     21:22 Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb  |     21:15 Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb  |     21:10 "Barselona" klubu Pedrini satışa çıxaracaq  |    

Bakirəliyini satışa çıxaran azərbaycanlı qız: "Ən yüksək qiymətlə razılaşacam"

Məşhur eskort saytlarının birində bakirəliyini satışa çıxarması xəbəri ilə mətbuatın gündəmini alt-üst edən azərbaycanlı model Məhbubə Məmmədzadə A24.az-a maraqlı müsahibə verib.

Median.Az həmin müsahibəni təqdim edir:
 
 
– Məhbubə xanım, necə oldu ki, model olmağa qərar verdiniz?

– Balacalıqdan model olmaq istəyirdim. Bu, xaricdə- ərəb ölkəsində yaşadığım üçün alınmırdı. Sonra Azərbaycana gəlib, universitetə daxil oldum. Burada model agentliklərindən birinə müraciət etdim və məndə alındı. Mən peşəkar modeləm. Heç bir gözəllik müsabiqəsində iştirak etməmişəm.

– Sizcə, modellik Azərbaycanda hansı səviyyədə inkişaf edib?

– Azərbaycanda modellərin vəziyyəti bütün dünyadan kənardı. Modelə oxşamayanlar özünü model adlandırır. 1.60 boyu var, özünə model deyir. Azərbaycanda dünya səviyyəsində model agentlikləri yoxdur. Onlar ölkədən kənarda heç bir fəaliyyət göstərə bilmirlər. Bakının öz aləmi üçün model agentlikləri var. Xaricdə hər şey tamam başqa cürdür.

– Hazırda Azərbaycanda yaşayırsınız, yoxsa sadəcə gəzməyə gəlmisiniz?

– Azərbaycanda yaşayıram. Sadəcə, işimlə əlaqədar, müqavilələrim olduğu üçün çox vaxt səfərlərdə oluram. Mən heç bir ölkədə qala bilmirəm.

– Son günlər mətbuatın gündəmini zəbt edən xəbər- bakirəliyinizi satışa çıxarmağınızla bağlı nə deyə bilərsiniz?

– Bu, mənim fikirimdə çoxdan var idi. Yanvardan buna qərar verdim. Bizim media sadəcə, yeni xəbər tutub.

– Buna görə sizi qınayanlar oldumu?

– Olsa da, olmasa da mənə fərqi yoxdur. Öz həyatımdır, özüm bilərəm. Heç kimin həyatına qarışmıram, heç kim də mənim həyatıma qarışmasın. Hərracda "satış” davam edir. Təklifləri mən almıram. Təkliflər gəlir. Bununla maraqlanan insanlar təklifləri alır. Hərrac bitməyib. Bu, 5 günlük bir iş deyil. Ən yüksək qiymətlə razılaşsam, baş verəcək, razılaşmasam yox.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            8 989 12.10.18 14:07