Müğənni Teylor Svift “American Music Awards”da “İlin müğənnisi” nominasiyasına sahib olub.
Median.Az bununla bağlı mükafatın rəsmi saytına istinadla məlumat yayıb.
Mükafatın bu nominasiyasına eyni zamanda Ed Şiran, “Imagine Dragons” qrupu, reper Post Meloun və müğənni Dreyk namizəd olub.
Teylor Svift həmçinin “Reputation” albomuna görə “Ən yaxşı pop/rok albom” nominasiyasında da qalib olub.
Ötən il “İlin müğənnisi” nominasiyasına Bruno Mars sahib olmuşdu.