Azərbaycanlı aparıcı Gülər Nemət dağıstanlı samboçu Həbib Nurməhəmmədova sevgi etirafı edib.
ARB-nin "Səhər-səhər" proqramının aparıcısı idmançıya sevgisini sosial şəbəkədə bəyan edib.
"Düz deyiblər, ilanın başını vaxtında əzmək gərək... Bu, bütün müsəlman dünyasının uğurudur. Həyəcanla döyüşü izlədim, arada elə bilirdim Həbibin yerinə mən döyüşürəm. Qürur və namusunu qoruyan, hətta buna görə karyerasından da imtina edə biləcək, yalnız Allaha güvənən şəxs tək ola bilməz, Allah səni qoruyacaq. Qeyrətinə, sənə aşiq oldum, Həbib”!
Qeyd edək ki, dağıstanlı samboçu Həbib Nurməhəmmədov ABŞ-ın Las-Veqas şəhərində baş tutan qaydasız döyüşdə irlandiyalı boksçu Konor Makqreqoru məğlub edərək, çempionluğunu qoruyub saxlayıb.