Məşhur ət restoranı “Nusret”də üç turist və iki işçi olmaqla, beş nəfər yanıb.
Balayı üçün İstanbula gələn ingiltərəli cütlük və Məhəmməd Xamis Səlim adlı şəxs yanıq xəsarəti alıb.
Ətlə şou göstərilən zaman masanın üstündəki alovlar ətrafa yayılıb. İşçilərdən biri odun qarşısını almaq üçün əlindəki mayeni masaya töküb və alov daha da genişlənib. Bu zaman qadın turistin geyimi alovlanıb. Bədənində ağır yaralar əmələ gələn qadın xəstəxanaya aparılıb. Hadisə zamanı restoranın iki işçisi də yanıq zədələri alıb.
Turistlər polisə verdiyi ifadədə restoranın sahibi və işçilərindən şikayətçi olub.//oxu.az