ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova olub.
Aysun doğma atası ilə bağlı maraqlı faktlar açıqlayıb:
“Doğma atamla “salam-sağ ol”umuz yoxdur. Ata başqa bir şeydir. Yanımdan keçsə, onu tanımaram. Çünki mən atamı 14 yaşımda axtarmışam və tapmışam. Amma o insan məni qəbul etməyib.
Mənə deyib ki, mən səni istəmirəm. Mənim sən adda övladım yoxdur. Niyə, bilmirəm. Üstündən bir müddət keçdi. Aysun artıq modelyer olaraq tanınır, Aysun daha sonra müğənni olaraq tanınır və ondan sonra başqa-başqa adamların adından nənəmə və ya anama zəng edirlər ki, atası Aysunu görmək istəyir.
Gözüm aydın. Aysunun indi pulu var deyə, görmək istəyir. Mənim on ilə yaxındır ki, bir atam var, o da anamın həyat yoldaşıdır. Mən atalığı o insanda bilmişəm. O, öz uşaqlarından daha çox mənə can yandırır”.