Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində barəsində cinayət işi açılan şou-biznesin məşhur siması Təranə Səmədovadan xəbər var.
Median.Az veteninfo.az-a istinadən xəbər verir ki, artıq iş yekunlaşıb və Nərimanov rayon Məhkəməsinə göndərilib.
Bu gün prodüser Təranə Səmədova saat 10:00-da keçirilən ilkin iclasda hakim qarşısına çıxıb. Prodüser təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib.
Ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib. İttiham görə, Təranə Səmədova Türkiyəyə qadın apararaq onu istismar edib.
Təranə Səmədova barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.
Qeyd edək ki. Təranə Səmədova müğənni Kərim Abbasovun keçmiş həyat yoldaşıdır və hazırda iddialara görə Azərbaycan hava Yolları (AZAL)-da çalışan Samir adlı şəxslə sevgilidirlər.