"Məndən sonra hamı soyunmağa başlayıb. Ancaq bu o demək deyil ki, kimsə məni təhqir edə bilər".
Bu fikirləri "Space" telekanalında Kamran Həsənlinin aparıcılığı ilə yayımlanan "Onda başladıq" verilişində bikinidə etdirdiyi fotosessiyalara görə tənqid edilən prodüser-aparıcı Humay Muxtarova səsləndirib. H.Muxtarova onu qınayanlara sərt cavab verib:
"Məni tənqid edənlər getsinlər, "Tarqovı"da ərəblərə nömrə paylayanlara da baxsınlar. Təhqir etmək yolverilməzdir".(ölkə.az)