Müğənni Maral Tahirqızı Mingəçevirdəki qəza səbəbindən işıqların sönməsi zamanı metroda qalıb.
Baku.ws-in məlumatına görə, Maral bu barədə şəxsi Instagram hesabında paylaşım edib.
Müğənninin sözlərinə görə, işıqlar sönən zaman "Xətai" metrostansiyasında qalıb.
Piyada metrodan çıxmaq məcburiyyətində qalan Maral çox çətinlik çəkdiyini və bir xeyli yorulduğunu etiraf edib.