Aktrisa Pərvin Abıyeva "Zarafat-zarafat" verilişinin qonağı olub.
Median.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa gənc həmkarlarının ünvanına sərt sözlər deyib:
"Əslində, o gənc aktyorları bəyənmirəm. Çox özlərindən razıdırlar. Tanışlığım var".
Pərvin "Türkiyəli oğlanla ailə qurarsan" sualına belə cavab verib:
"Quraram, amma öz kişilərimizi daha çox sevirəm. Hər zaman da deyirdim. Düzdür, mənim bir sözümü yozurlar ki, Pərvin azərbaycanlı kişiləri bəyənmir. Əslində, o müsahibə elə deyildi. Neçə dəfə dedim, yenə də xeyri olmadı, yenə də başa düşmədilər. Mənim üçün öz kişilərimiz nə qədər köhnə fikirli olsalar da, bir az kobudluqları da olsa, onları daha çox üstün tuturam. Həmişə də deyirdim ki, mən azərbaycanlı ilə ailə quracam. Qismət. Artıq 27 yaşım var, evdə qalmışam".